Putin ABŞ və NATO-nun Qara dənizdəki hərəkətləri ilə bağlı xəbərdarlıq edib

Putin ABŞ və NATO-nun Qara dənizdəki hərəkətləri ilə bağlı xəbərdarlıq edib

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Almaniya kansleri ilə telefon danışığında ABŞ və bəzi digər NATO ölkələrinin Qara dənizdə təxribat xarakterli fəaliyyətləri barədə xəbərdarlıq edib.  

Rusiya prezidentliyindən verilən açıqlamaya görə, Vladimir Putin cümə axşamı Merkellə telefon danışığında Donbas bölgəsində baş verən hadisələr və Kiyevin dağıdıcı siyasətləri barədə xəbərdarlıq edib.  

Bəyanatda əlavə edilib ki, Putin Ukrayna hökumətinin Minsk razılaşmalarını pozaraq, getdikcə daha çox məcburedici üsullara, o cümlədən pilotsuz təyyarələrdən istifadəyə əl atdığı barədə xəbərdarlıq edib.  

Eyni zamanda, Rusiya prezidenti ABŞ və bəzi digər NATO ölkələrinin Qara dənizdəki təxribat fəaliyyətinin təhlükəli və sabitliyi pozan xarakter daşıması barədə xəbərdarlıq edib. 

 

Giperssilka.ru