Putin-Bayden görüşündə Ukrayna məsələsi də müzakirə olunacaq

Putin-Bayden görüşündə Ukrayna məsələsi də müzakirə olunacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında danışıqlar Rusiya liderinin Hindistana səfərindən sonra keçiriləcək.

Giperssilka APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Rusiya dövlət başçısının dekabrın 6-da Hindistana səfərindən sonra Putin və Bayden arasında videokonfransın baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandıran Uşakov jurnalistlərə:

"Bəli, sonra. Hindistandan sonra... Belə bir imkan üzərində iş gedir",

- deyə cavab verib.

Uşakov Putin-Bayden görüşündə NATO-nun şərqə doğru daha da irəliləməsi, Ukrayna, Liviya, Suriya və Əfqanıstandakı situasiya, habelə Rusiya ilə sərhəd olan ölkələrdə raket sistemlərinin yerləşdirilməsini istisna edən hüquqi razılaşmaların əldə edilməsi məsələlərinə toxunula bilər.

Giperssilka.ru