Putin builki müqəddəs Fitr bayramı münasibətilə Rusiya müsəlmanlarına müraciət etdi

Rusiya Federasiyası Prezidenti Vladimir Putin ölkədəki səhiyyə vəziyyətilə bağlı bu il yerli müsəlmanları müqəddəs Fitr bayramını evlərində qeyd etməyə çağırıb.

Putin builki müqəddəs Fitr bayramı münasibətilə Rusiya müsəlmanlarına müraciət etdi
Rusiya dövlət başçısı koronavirulsa bağlı ölkə müsəlmanlarına müraicət etdi

Giperssilka.ru "Islam-today"ə istinadən xəbər verir ki, Putin ölkə müsəlmanlarına müraciət edərək bildirib ki, muftiliklərin tövsiyyələrini eşidərək müqəddəs Ramazan ayının bayramını qeyd etsinlər. Belə bir bəyanatla dövlət başçısı Dağıstan rəhbərliyi ilə videokonfrans rejimində keçirdiyi müşavirədə çıxış edib. 

 

"Hazırda bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayı yaşanmaqdadır. Bu ay vacib oruc tutma ayıdır. Bu ildə bu ay 24 apreldən başlayıb, bu həftə isə Fitr bayramından öncə, 23 mayda başa çatacaq. Mən bilirəm respublikada bu bayrama necə yanaşırlar, bu ənənələri necə qoruyurlar. Onu da bilirəm ki, din xadimləri İslam dini ardıcıllarını hazırkı vəziyyətdə bayramı evdə qeyd etməyə, cəm halda dua eləməkdən və dostlarla, böyük qruplar halında ənənəvi şəkildə toplaşmaqla qeyd etməkdən imtina etməyə çağırırlar",

 

- deyə  Putin bildirib.

 

"Hesab edirəm ki, bu mühüm çağırışa mütləq riayət ediləcək.  Nisbi sabitləşməyə baxmayaraq, koronovirus infeksiyası təhlülkəsi bütün ölkə boyu hələ də qalmaqdadır, Dağıstanda isə indi vəziyyət yaxşı deyil, xəstəliyin bütün yeni faktları və ağırlaşması müşahidə olunur, Son günlərdə bölgənin səhiyyə sistemi var gücü ilə işləyir. Həkimlərin fədakar səylərinə baxmayaraq, faciəvi halların sayı artmaqdadır. Bu hal tibb işçiləri arasında da yaşanmaqdadır",
 

- deyə RF Prezidenti bildirib.

Giperssilka.ru