Putin Ərdoğanın "dünya bir ovuc ölkədən asılı olmamalıdır" sözlərini şərh edib

Putin Ərdoğanın

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın BMT-də islahatların aparılması ilə bağlı təkliflərini şərh edib. 

Bu barədə Giperssilka SalamNews-a istinadən xəbər verib.

“Türkiyə lideri niyə bu barədə danışır aydındır, çünki o, yəqin ki, Türkiyənin də Təhlükəsizlik Şurasının daimi üzvü ola biləcəyini düşünür. Amma bu bizə aid deyil, hətta Rusiyanın da qərarı deyil. Bu qəbildən olan məsələlər konsensus yolu ilə həll edilməlidir”,

- Putin bildirib.

“Mən bu barədə prezident Ərdoğana dedim: əgər biz daimi üzvün vetosunu yox etsək, Birləşmiş Millətlər həmin saatda da məhv olacaq",

- Putin qeyd edib.

 

Giperssilka.ru