Putin: "Onlar gizli şəkildə, xaincəsinə hücum etdilər"

Putin:
RF Prezidenti Vladimir Putin

Sovet xalqının qələbəyə aparan yolu qəhrəmanlıq və fədakarlıq idi. Onların cəsarəti, iradəsi və mənəvi gücü qarşısında baş əyirik. Onlar inanılmaz çətinliklərin öhdəsindən gəldilər, öz torpaqlarını müdafiə etdilər, II Dünya müharibəsinin nəticəsini müəyyənləşdirdilər, Avropanı azad etdilər və dünyanın gözlədiyi qələbəyə nail oldular.

 

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Avstriyanın ORF televiziyasına müsahibəsində bildirib.

 

"1945-ci ilin yazında Sovet ordusu Berlini aldı. Təxminən dörd il ərzində bəşər tarixindəki ən qanlı müharibənin cəhənnəmindən keçərək bu hədəfə nail oldular. Onlara bu müharibə lazım deyildi, istəmirdilər. Sovet İttifaqına qarşı dirəndilər. Nasistlər gizli şəkildə, xaincəsinə və qəflətən çoxmillətli ölkəmizin dinc həyatına hücum çəkdilər", - Putin qeyd edib..

Axar.az/Giperssilka.ru