Putin Trampla Baydeni müqayisə etdi

Putin Trampla Baydeni müqayisə etdi

“İndinin özündə də ABŞ-ın keçmiş prezidenti cənab Trampın fövqəladə bir şəxsiyyət, bacarıqlı bir insan olduğuna inanıram, əks təqdirdə o, ABŞ prezidenti olmazdı”.

Giperssilka Oxu.az-a istinadən xəbər verir ki, “İzvestiya”nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin “NBC News”a müsahibəsində bildirib.

RF dövlət başçısı kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Trampı parlaq insan hesab etdiyini vurğulayıb.

“Tramp ABŞ isteblişmentindən deyil, o, əvvəllər böyük siyasətin bir parçası olmayıb”, - deyə Putin əlavə edib.

RF prezidenti Ağ Evin hazırkı başçısı Co Baydenin sələfindən köklü fərqləndiyini deyərək, onu bütün həyatını bu sahədə keçirən “karyeralı siyasətçi” adlandırıb.

“Bayden fərqli insan növüdür; bu həm yaxşı, həm də pisdir”, - deyən Putin ABŞ-ın hazırkı prezidentinin impulsiv hərəkətlərə yol verməyəcəyinə ümidini ifadə edib.