Qasim Süleymani qatillərinin müəmmalı ölümləri - TƏHLİL

Qasim Süleymani qatillərinin müəmmalı ölümləri - TƏHLİL

ABŞ Hərbi Hava Qüvvələrinin "Qırmızı At" eskadrilyasının komandiri, polkovnik-leytenant Ceyms Uillisin (James C.Willis) cəsədi tapılıb. Amerikalı yüksəkçinli hərbçinin cəsədi ABŞ-ın Qətərdə yerləşən "Əl-Udeyd" aviabazasında aşkar olunub. 

55 yaşlı amerikalı hərbçinin qeyri-döyüş şəraitində həyatını itirməsi deyilsə də ətraflı məlumat verilməyib. Amerikalı polkovnikin ölümü onun barəsində geniş araşdırlamaların aparılması ilə nəticələnib. Məlum olub ki, ABŞ ordusunun yüksəkçinli rəmisi olan Ceyms Uillis İranın İnqilab Keçikçiləri Korpusunun "Qüds" briqadasının şəhid olan komandanı, general Qasim Süleymaniyə qarşı təşkil olunan sui-qəsddə aparıcı rol onayan şəxslərdən olub.  

ABŞ-ın Yaxın Şərqdə apardığı bir çox əməliyyatlarda iştirak etmiş polkovnik-leytenant Ceyms Uillisin müəmmalı ölümünə münasibət bildirən komandiri Kliford Teoni (Clifford Theony) deyib ki, o, ordunun dəyərli və qiymətli üzvü olub və Uillisin həmkarları əlindən gələni edəcək ki, onun ailəsinə dəstək göstərsilər. 

Bundan əlavə, işğalçı İsrail ordusunun piyada qoşunlarının yeni komandanı, polkovnik Şaron Asman da gözlənilməz şəkildə ölüb. Faktı İsrail rejiminin ordusu təsdiqləsə də Şaron Asmanın fitnes zalında infarkt keçirərək ölməsini bəyan edib. İsrailli yüksəkçinli ordu rəsmisinin fitnes zalında müəmmalı şəkildə ölümü onun da intiqam nəticəsində zərərsizləşdirilmək variantını istisna etmir. Yüksək hazırlıqlı və orduda vacib rol oynayan bir polkovnikin idman zalında qəfil həyatını itirməsi xeyli müzakirələrə səbəb olub.  

Qeyd edək ki, general Qasim Süleymani 3 yanvar 2020-ci il tarixində İraqın paytaxtı Bağdadda ABŞ-ın xain raket hücumu zamanı qətlə yetirilmişdi. Generalla birgə onu müşayiət edən bir neçə zabit və "Həşd Şabi" hərbi birləşməsinin komandir müavini Əbu Mehdi əl-Mühəndisi də həyatını itirmişdi. 

İranlı sərdarın şəhadətindən sonra İnqilab Keşikçilər Korpusu Qasim Süleymaninin qətlini təşkil edənlərdən intiqam alınacağını bəyan etmişdi. Hətta yanvar ayında "Əl-Qüds" briqadasının hazırkı komandiri general İsmayıl Qaani də açıqlamışdı ki, general Süleymaninin qətlində iştirak edən hər kəs cəzasını alacaq: "Siz artıq evinizdə belə rahatla ola bilməyəcəksiniz və mümkündür ki, intiqam sizi məhz evinizdə haqlayacaq". 

İranlı generala qarşı sui-qəsddə iştirak etmiş və bu planın icraasında əsas rolu oynamış şəxslər barədə rəsmi Tehranı Pentaqonun sabiqi əməkdaşı məlumatlandırıb. ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Məryəm Taha Tompson adlı Pentaqonun əməkdaşı Amerika kəşfiyyat mənbələri haqqında gizli məlumatları "Hizbullah"la əlaqəsi olan bir şəxsə verib. Milli Təhlükəsizlik Xidmətində son dərəcə gizli məlumatlara çıxışı olan Tompson İranın "Qüds" briqadasının sabiq komandanı general Qasim Süleymaninin şəhadətindən sonra məlmatları paylaşıb.  

İranın "Hizbullah" təşkilatı vasitəsilə vacib məlumatları əldə etməsi, Qasim Süleymaninin qətlində iştirak edən rəsmilər üçün həmin tarixdən etibarən qorxulu bir kabusun başlaması ilə nəticələnib. Nəzər almaq lazımdır ki, iranlı sərdarın intiqamı ilə bağlı əməliyyatlar ötən ildən etibarən başlayıb. Məhz ötən ilin yanvarında Əfqanıstanda bir-birinin ardınca bir neçə hədəf vurulub. Əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinin "Bombardie E-11A" təyyarəsi Qəzni əyalətində məhv edilib, ardınca Paktiya əyalətində hərbi helikopteri də yerə salınıb. Təyyarədə ölənlərdən biri Maykl Dandrea olub ki, o, da ABŞ ordusu üçün vacib personalardan biri sayılırdı. O, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran, İraq və Əfqanıstandakı kəşfiyyat əməliyyatlarına rəhbərlik edirdi.  

Pentaqonun və İsrailin yüksəkçinli rəsmilərinin hədəfə çevrilməsi və bu prosesdə aciz vəziyyətə düşməsi Qasim Slüeymaninin qatillərinin təqib olunmasından xəbər verir. İranlı generalın qətlində əli olan yüksəkçinli şəxslər yaxşı başa düşür ki, onlar İnqilab Keşikçilər Korpusunun hədəfindədirlər.  

 

Eastnews / Giperssilka