Rusiyada əcnəbilər iki ay icazəsiz işləyə biləcəklər

Rusiyada işəgötürənlərə işləməyə hüququ olmayan xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxsləri işə götürmək icazəsi verilib.

Rusiyada əcnəbilər iki ay icazəsiz işləyə biləcəklər
RF Prezidentinin rəsmi saytı

 

Rusiyada işəgötürənlərə işləməyə hüququ olmayan xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxsləri işə götürmək icazəsi verilib.

 

Giperssilk.ru “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncamda deyilir.

 

Bildirilir ki, iyunun 15-dək xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən deportasiya və ya başqa yolla çıxarılması dayandırılır. Onlar həmçinin qaçqın statusu, müvəqqəti sığınacaqdan məhrum edilməyəcək, vizalar, iş icazəsi, ölkədə qalma icazəsi və bu kimi sənədlər ləğv edilməyəcək.

 

Qeyd edək ki, rəsmi məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 36 793 nəfərdir. COVID-19 qurbanlarının sayı isə 300-ü ötüb.