Qəzzaya hücum nəticəsində şəhid olanların sayı 136-ya çatıb - 37-si uşaqdır

Qəzzaya hücum nəticəsində şəhid olanların sayı 136-ya çatıb - 37-si uşaqdır

Sionist İsrail rejiminin Qəzzaya son günlərdə hücumları nəticəsində şəhid olanların sayı 136-ya çatıb.

Giperssilka “Palinfo”ya istinadən xəbər verir ki, onlardan 37-si uşaq, 22-si qadındır.

Yaralı sayı isə 1000-i keçib.

Bundan başqa, Deyerler.org məlumat verib ki, BMT İsrail rejiminin mayın 10-dan etibarən həyata keçirdiyi hava hücumlarında Qəzzada əhalinin sıx yaşadığı bölgələrdəki vətəndaşlara aid evlərə və 24 məktəbə ciddi ziyan dəydiyini, 200-dən çox yaşayış evinin dağıldığını və ya ciddi ziyan gördüyünü, yüzlərlə insanın sığınacaq yeri axtardığı bildirilib.

BMT-nin Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) spikeri Yens Laerke bildirib ki, təqribən 2 milyon mülki şəxsin yaşadığı Qəzzaya hücumlar təmiz suya, yeni növ koronavirusa (Kovid-19) qarşı mübarizəyə və digər sağlamlıq xidmətlərinə zərbə vurub.

Laerke məhdud yanacaq ehtiyatı səbəbindən Qəzzada gündə 8-12 saatlıq bir elektrik kəsilməsinin olduğunu və bölgədə yüz minlərlə insanın təmiz su problemindən əziyyət çəkdiyini vurğulayıb.

Bu arada, Qəzzadakı hökumət, İsrail rejiminin hücumlarının ilkin qiymətləndirmələrə görə 73 milyon dollar ziyan vurduğunu açıqlayıb.