Qırğız Respublikasında yenidən fövqəladə vəziyyət tətbiq oluna bilər

Qırğız Respublikasının bir sıra şəhər və bölgələrində yenidən fövqəladə vəziyyətin tətbiq edilməsi məsələsinə bu gün COVID-19 qarşı mübarizə qərargahında baxılacaq.

Qırğız Respublikasında yenidən fövqəladə vəziyyət tətbiq oluna bilər

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Mədəmin Karatayev brifinq zamanı bildirib.

“Hazırda Çüy və Oş vilayətlərində, Bişkəkdə vəziyyət xeyli gərgindir. Bu gün qərargahın iclasında fövqəladə vəziyyətin tətbiqi məsələsinə baxılaraq bütün amillər nəzərə almaqla qərar veriləcək”, –  nazir müavini deyib.

Qeyd edək ki, mart ayının ortalarından ölkənin bir sıra bölgələrində yeni koronavirusla bağlı tətbiq edilmiş fövqəladə vəziyyət rejimi mayın 10-da ləğv edildikdən sonra koronavirusa yoluxanların və ölənlərin sayı 4 dəfəyədək artıb. Son bir neçə gündə ölkə boyu rekord həddə yoluxanlar qeydə alınaraq ümumi sayları 3 954 nəfərə, ölənlərin də sayı 43 nəfərə çatıb.

Giperssilka.ru