Qlobal borc 25 trilyon dollar artıb

Qlobal borc 25 trilyon dollar artıb

Bu ilin II rübündə qlobal borc məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % və ya 25,1 trilyon ABŞ dolları artaraq 296 trilyon ABŞ dollara yüksəlib.

Giperssilka “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Global Borc Monitoru" hesabatında bildirilib.

Sənədə əsasən, bu göstərici əvvəlki rüblə müqayisədə 4,8 trilyon ABŞ dolları və ya 1,6 % artıb. Qlobal borc, təkcə koronavirus pandemiyası zamanı 36 trilyon ABŞ dolları və ya 13,8 % artıb.

Hesabat dövründə qlobal borcun ölkələrin ümumi ÜDM-nə nisbəti 353 % təşkil edib ki, pandemiyadan bəri ilk dəfə bu nisbətdə azalma yaşandı. Bu ilin I rübündə qlobal borcun ümumi ÜDM-yə nisbəti 362 %-ə çataraq, bütün zamanların ən yüksək göstəricisi qeydə alınmışdı.

Bu ilin II rübündə ümumi borcun ÜDM-yə nisbəti inkişaf etmiş ölkələrdə 418 %, inkişaf etməkdə olan ölkələrdə 246 % olub.

Sektorlar üzrə isə fiziki şəxslərin borcları 55,3 trilyon ABŞ dolları, qeyri-maliyyə şirkətlərinə aid borclar 86,2 trilyon ABŞ dolları, dövlət borcu 85,7 trilyon ABŞ dolları və maliyyə şirkətlərinin borcları 68,8 trilyon ABŞ dolları olaraq hesablanıb.