Qonşuda bişər, bizə də düşər - İctimai nəqliyyatda əlcək və maska taxılması məcburi olacaq

Şəhər meri bu qərarı sənaye müəssisələrində və tikinti sektorunda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə izah edib.

Qonşuda bişər, bizə də düşər - İctimai nəqliyyatda əlcək və maska taxılması məcburi olacaq
Moskva, Kreml

Moskvada ictimai nəqliyyatda əlcək və maskaların taxılması məcburi olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Moskvanın meri Sergey Sobyanin "Rossiya 24" telekanalının efirində bildirib.

Şəhər meri bu qərarı sənaye müəssisələrində və tikinti sektorunda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə izah edib.

 

 "İnsanların böyük əksəriyyətinə işləmək imkanı verməklə biz nəqliyyatdan istifadə edən insanların sayının, bir-biri ilə ünsiyyətdə olan insanların sayının artacağını anlayırıq. Ona görə də biz metropolitendə əlavə özünütəcrid rejimi, daha sərt tələb tətbiq edirik. Bu, ictimai nəqliyyatda əlcək və maskaların taxılmasının məcburi olmasıdır", -

deyə Sobyanin qeyd edib.

 

Moskva meri həmçinin qeyd edib ki, Moskvada koronavirus xəstələrinin sayı aşkar olunandan daha çoxdur.

Moskvanın Baş Nəzarət İdarəsinin rəisi Yevgeni Dançikov isə qeyd edib ki, ictimai nəqliyyatda maska və əlcək taxmamağa görə cərimənin həcmi 5000 rubl (115 AZN), ictimai yerlərdə isə 4000 (92 AZN) rubl olacaq.

Xatırladaq ki, rəsmi məlumata görə, Moskvada 92676 nəfərdə koronavirus aşkarlanıb ki, onlardan da 9227-si sağalıb, 905-i ölüb.

 

Qeyd edək ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Giperssilka.ru