Quran tilavətinin faydaları təkcə ruhi xəstəliklərin müalicəsi ilə məhdudlaşmır

Quran tilavətinin faydaları təkcə ruhi xəstəliklərin müalicəsi ilə məhdudlaşmır

Giperssilka.ru "HÖVZƏ"yə istinadən xəbər verir ki, Höccətül-islam Seyyid Məhəmməd Həsən Babai Qəzvinin Nəsirabad şəhər ərazisində İmam Səccad (ə) məscidində keçirilən Quran ilə üns mərasimində deyib:

"Quranla üns mərasimlərinin mühüm məqsədləri var. Onlardan bəziləri aşağıdakılardır: Quran mədəniyyətinin və əxlaqi dəyərlərin təbliği, mənəvi mühitin inkişaf etdirilməsi, insanlar arasında dini etiqad və dəyərlərin gücləndirilməsi və s ... ."

O qeyd edib ki, Quranla üns mərasimi, Quran məfhumlarının təbliğ olunmasına və daha çox insanın bu ilahi kitabın təlimləri ilə tanış olmasına səbəb olur.

Bu Quran qarisi, sözünü belə davam etdirib:

"Quranla tanış olmaq Quran aşiqləri üçün dəyərli bir fürsətdir. Onlar Quran təlimlərilə tanışlıqla nəfslərini islah edib və kamala yetişə bilərlər. Həmçinin Quranla ünsiyyət nəticəsində sosial arenada konstruktiv və dəyərli iştiraka, xüsusən də elmi və tədqiqat fəaliyyətlərinə hazır ola bilərlər".

O bildirib ki, Quran tilavətinin faydaları təkcə ruhi xəstəliklərin müalicəsi ilə məhdudlaşmır. O, həm də bəşəriyyətin tərəqqi və inkişafına, ictimai münasibətlərin yaxşılaşmasına danılmaz təsir göstərir.

Seyyid Məhəmməd Həsən Babai xatırladıb ki, Quran hər dövr üçün və mədəniyyət, cəmiyyət, təhsil, mənəviyyat da daxil olmaqla insan həyatının bütün sahələrində yazılı plan və proqrama malikdir. İlahi vəhylərə itaət etmək, bizi xoşbəxtliyə apara bilər.

O qeyd edib ki, Quranın nuru evləri işıqlandırır. Rəvayət və hədislərə əsasən, bunun nəticəsində ev əhli bütün təhlükələrdən və zərərlərdən qorunmuş olar.

Giperssilka.ru