3 dildə "Ramazan gəldi" klipi təqdim olundu VİDEO

Müqəddəs Ramazan ayına həsr olunmuş yeni klip izləyicilərin ixtiyarına verilib.

Azərbaycanın iki ilahi nəğmə qrupunun teleaparıc ilə birgə müqəddəs Ramazan ayına həsr etdiyi yeni klip təqdim olunub. Giperssilka.ru xəbər verir ki, bu barədə qruplardan biri, "Vilayət" İlahi Nəğmələr Qrupunun açıqlamasında bildirilir. 

"Salam Aleykum, dəyərli izləyicilərimiz!
Uzun aradan sonra bu əziz günlərdə yenidən sizə yeni bir işimizi təqdim edirik. "Əhli-beyt (ə)" qrupu və mübarək Ramazan ayında "Mənəvi Saat" verilişinin aparıcısı Hacı Elnurla birlikdə ifa etdiyimiz "Ramazan gəldi"
adlı yeni klipimizi sizlərə təqdim edirik. Mahnının oranjımanı "Vilayət" ilahi nəğmələr qrupunun üzvü Rasim Suleymanova məxsusdur. 3 dildə, Azərbaycan, ərəb və fars dillərində ifa olunan ilahi klipinin rejissoru Mircəlil qardaşımızdır.

Klipin ərsəyə gəlməsində hər hansı zəhmətləri olan bütün əzizlərə təşəkkür edir, hər mənada dəstəklərinin davamını diləyirik, Allah bu işlərdə zəhməti olanlardan razı olsun və etdikləri əməlləri qəbu eyləsin!

Müqəddəs Ramçazan ayından oruc-namazlarınız, ibadət və itaətləriniz qəbul olsun, inşaAllah.

Buyurun, birgə işimizi izləyin və PAYLAŞIN ki, yaxınlarınız, əzizləriniz də mənəvi qida alsın!",

 - deyə qrupun açıqlamasında bildirilir.

Giperssilka.ru