"Real Madrid" müdafiəçisi ilə yollarını ayırdı

İspaniyanın "Real Madrid" klubu futbolçusu Xavi Sançeslə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "kral klubu" 23 yaşlı müdafiəçini ötən il icarəyə verdiyi "Real Valyadolid" klubuna satıb.

Bu keçid qarşı tərəfə 3 milyon avroya başa gəlib. Gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Real Madrid" akademiyasının yetirməsi olan ispan oyunçu əsas komandada 1, əvəzedicidə isə 68 oyun keçirib.

Giperssilka.ru