Roma Papası İraqa səfər edəcəyini təsdiqlədi

Roma Papası İraqa səfər edəcəyini təsdiqlədi

Giperssilka Az.shafaqna.com-a istinadən xəbər verir ki, Roma Papası Fransisk İraqda mövcud mürəkkəb vəziyyətə baxmayaraq, cümə günü bu ölkəyə səfər edəcəyini təsdiqləyib.

“Mən çoxdandır bu – çox əziyyətlər çəkmiş xalqla görüşmək istəyirəm”, – deyə o bildirib.

Roma Papası deyib ki, “İbrahim peyğəmbərin torpağında” buradakı dini liderlərlə də görüş keçirəcək.

O xatırladıb ki, daha öncə Roma Papası II İoann Pavel də İraqa səfər etmək istəsə də, səfər alınmayıb.

Xatırladaq ki, dekabrın əvvəlində bildirilmişdi ki, Roma Papası 5-8 martda İraqa səfər etməlidir. Səfər zamanı o, Bağdad, Nəcəf şəhərlərinə, həmçinin Ur düzənliyi, Ərbil, Mosul və Bağdida şəhərlərinə də gedəcək.

 

Giperssilka.ru