Roma Papası taxt-tacdan imtina edə bilər

Roma Papası taxt-tacdan imtina edə bilər

Giperssilka "Shafaqna"ya istinadən xəbər verir ki, Roma Papası Fransisk sələfi XVI Benedikt kimi Apostol taxt-tacından imtina edə bilər.

Dekabr ayında 85 yaşı tamam olacaq Papanın bu mümkün qərarına səbəb kimi isə onun sağlamlıq vəziyyəti göstərilir.

Qeyd edək ki, o, 4 iyulda Romada cərrahi əməliyyat keçirib.

Bildirilir ki, XVI Benediktin də istefa verərkən 85 yaşı var idi.