Roma Papasının Ayətullah Sistani ilə görüşü gözlənilir SƏFƏR PROQRAMI

Roma Papasının Ayətullah Sistani ilə görüşü gözlənilir SƏFƏR PROQRAMI

Giperssilka "ABNA"-ya istinadən xəbər verir ki, dünya katoliklərinin lideri Papa Fransiskin İraqa gözlənilən səfərinin proqramını açıqlanıb. Səfər proqramı Vatikanın rəsmi saytı tərəfindən dərc olunan proqrama əsasən, Papa Frensisk Bağdad Beynəlxalq Hava Limanına 5 Mart Cümə günü çatacaq. Onu hava limanının mərasim salonunda İraq baş naziri Mustafa əl-Kazimi qarşılayacaq. Daha sonra rəsmi qəbul üçün Prezident Sarayına gediləcək. 

Bağdaddakı yüksək səviyyəli İraq rəsmiləri, yepiskoplar və Suryani Katolik Kilsəsinin (Seyyid ən-Nəcah) böyükləri ilə görüşlər keçiriləcək. 

Papa şiələrin ali dərəcəli mərcəi-təqlidi Ayətullahül-üzma Seyyid Əli Hüseyni Sistani cənabları ilə görüşmək üçün 6 mart şənbə günü Bağdaddan Nəcəfül-Əşrəfə gedəcək. Daha sonra İbrahimin doğulduğu antik Ur şəhərini ziyarət etmək üçün Zi Qar əyalətinin paytaxtı Əl-Nasiriyyəyə gedəcək. Papa həmin gün günortadan sonra Bağdaddakı Mar Yusuf Kilsəsindəki mərasimə qatılmaq üçün Bağdada qayıdacaq.

Dünya katoliklərinin lideri 7 Mart 2021-ci il bazar günü Ərbil şəhərinə gedəcək və Ərbil Hava Limanı Salonunda iqlim rəsmiləri və bir sıra din xadimləri ilə görüşəcək.

Daha sonra vertolyotla Mosul şəhərinə uçaraq Həvşul-Bəyə kilsəsində müharibə qurbanlarını dua edəcək. Bu mərasimdən sonra vertolyotla Qara Quş bölgəsindəki Əl-Tahirə Kilsəsinə gedəcək. Günortadan sonra Ərbildəki Franso Həriri idman salonundakı mərasimə qatılmaq üçün qayıdacaq. Daha sonra ertəsi gün, 8 Martda Romaya qayıtmaq üçün Bağdada yola düşəcək.

 

Giperssilka.ru