Ruhani Hacı Cəlal Şəfiyev jantaj görüntüləri barədə açıqlama verdi

Ruhani Hacı Cəlal Şəfiyev jantaj görüntüləri barədə açıqlama verdi

Noyabrın 10-da Azərbaycanın iki nüfuzlu ruhanisi, Şeyx Sərdar Hacıhəsənli və Hacı Cəlal Şəfiyevlə bağlı jantaj görüntüləri yayılıb. Bəzi ekspertlərə görə, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və hazırda istintaq getdiyi dövrdə Şeyx Sərdarla bağlı yayılan görüntülərin istintaqın gedişinə necə təsir edəcəyi yayılan görüntülərin xarakterindən bəlli olur.

Giperssilka.ru xəbər verir ki, bir qədər əvvəl hadisə ilə bağlı Hacı Cəlal Şəfiyev açıqlama yayıb. Açıqlamada deyilir:

"Barəmizdə yayılan videonun hazırlanıb yayımlanması ilk növbədə tərbiyəsizlikdir. Bu tərbiyəsiz və çirkin mübarizə metodu ölkədə heç də ilk deyil. Zaman-zaman ölkədə haqsızlıqla barışmayanlara qarşı bu çirkin metoddan istifadə olunub və olunmaqdadır. Belə videoları hazırlayıb yayanlar öz yaxınlarını düşünmürlərsə, heç olmasa, xalqın abır-həyalı ana-bacılarını və qız- gəlinlərini nəzərə alsınlar. O ki qaldı Şeyx Sərdara qarşı belə ucuz oyunlar qurmağa, belə ucuz ləkələr Şeyx Sərdara yapışmaz. Bu kimi cəhdlər Şeyx Sərdarın haqsızlıqla barışmaz mövqeyindən xəbər verir. Hamıya məlumdur ki, Şeyx Sərdar insanlara olunan zülmlərə pərdə çəkib onları aldatmağa razı olsaydı, onun barəsində bu növ videolar hazırlanmazdı. Özümə gəlincə isə, belə göstərilir ki, guya Şeyx Sərdar bizləri gizlincə cəkib, sonra bizi şantajla qorxudaraq xaricə işləməyə məcbur edib. Baxın, mən bu ölkədə yaşayıram, əgər mən haqqımda belə videoların yayılmasından çəkinsəydim, məni belə videoların yayılması ilə təhdid edənlərlə razılaşıb Şeyx Sərdarı şərləyərdim. Sözümün canı budur ki, əgər bu növ videoların bu gün ölkə səviyyəsində yayımlanması məni nəyəsə məcbur edə bilmirsə, deməli heç vaxt məcbur edə bilməzdi. Şeyx Sərdar məni hamıdan yaxşı tanıyır. Belə səviyyəsiz böhtanlar ona yapışmaz. Şeyx Sərdar haqsızlığa, zülmə, talana sipər olub camaatı aldatmağa razılaşmadığı üçün haqqında belə videolar yayılır. Şeyx Sərdarın həbsi siyasidir. O, İranla gərginləşən münasibətlərdən dolayı repressiya qurbanı olub və həbs edilib."

 

Giperssilka.ru