Ruhani qazi: “Hər döyüşə və hücuma keçən də Quranı döyüşçülərə öpdürürdüm” MÜSAHİBƏ FOTO / VİDEO 

Ruhani qazi: “Hər döyüşə və hücuma keçən də Quranı döyüşçülərə öpdürürdüm” MÜSAHİBƏ FOTO / VİDEO 

Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdiyi Vətən müharibəsində dastan yazan qəhrəmanlar arasında Əhli-Beyt (ə) aşiqləri, Kərbəla məktəbənin davamçıları xüsusilə gözə çarpırdı. Düşmən üzərinə “Ya Zeynəb(sə)”, “Ya Əbəlfəz (ə)” sədaları ilə gedən bu  döyüşçülərimizin arasında ruhanilərin, dindarların olması ordumuza əlavə cəsarət verirdi. Onların bu cəsarəti düşmənin qəlbinə xof salırdı.

Belə döyüşçülərimizdən biri də dini təhsil alan Sabit Hüseynidir.

Giperssilka.ru olaraq Sabit Hüseyni ilə söhbətləşdik, döyüş haqqında təəssüratlarını öyrəndik:

- Zəhmət olmasa, özünüz haqda oxucularmıza məlumat verərdiniz.

- Bizə ayırdığınız diqqət və qayğıya görə təşəkkür edirik. İnanın, qalib ordu kimi geriyə dönmək ruhumda böyük şadlıq doğurur.

Mən Sabit Hüseynov Sakit oğlu 09 may 1996-cı ildə Bakı şəhəri Qaradağ rayon Müşfiqabad qəsəbəsində dünyaya göz açmışam. Orta təhsili Şəhid Etibar Şirəliyev adına 274 saylı orta məktəbdə bitirmişəm.
 
- Siz də düşmən üzərində qazanılan qələbədə rol almısınız. Bu münasibətlə sizi də təbrik edirik. Döyüşlərdə iştirak edən qazimiz olaraq, bu qələbəni necə qiymətləndirirsiniz?

- Mən çox xoşbəxtəm ki, bu döyüşlərdə iştirak etdim.

14 yaşım var idi, yay aylarında Şəhid Seyyid Mübariz İbrahimov düşmən mövqelərinə keçərək böyük şücaət göstərmişdi və bu qəhrəmanlıq nəinki Azərbaycana, hətta bütün dünyaya səs salmışdı. Əlqərəz, mən bu qəhrəmanlığı eşidəndə qəlbimdə şəhidlik qığılcımı yarandı və o andan şəhid olmaq arzusu ilə yaşadım. Bu eşqlə 2-ci Qarabağ döyüşlərinə könüllü olaraq qatıldım.