Rus rəsmisi Fars Körfəzi dəhlizindən istifadəni təklif edib

Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Fars körfəzindən Xəzər dənizinə bir dəhliz yaratmaqla, Süveyş kanalının alternativi olaraq, bu yolundan istifadə etməyi təklif edib.

Rus rəsmisi Fars Körfəzi dəhlizindən istifadəni təklif edib

Giperssilka SəhərAzəri-yə istinadən xəbər verir ki, Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Tvitter səhifəsində yazıb: "Süveyş kanalının dəfələrlə bağlanması onun etibarsızlığını sübut edir".

"İranla Fars körfəzindən Xəzər dənizinə bir dəhliz yaratmaq, daha əlverişlidir, beləliklə də mallar Fars körfəzindən Rusiyanın Həştərxan limanına daşına və daha sonra dəmir yolu ilə Avropaya göndərilə bilər", - deyə Jirinovski əlavə edib.

Süveyş Kanalı keçən çərşənbə günü bir yük gəmisinin marşrutdan çıxması nəticəsində bağlanmışdı.

Gəminin qəzaya uğramasına güclü küləyin səbəb olduğu deyilir.

"EuroNews"un məlumatına görə, bu 200 tonluq gəminin saya oturması bir neçə ticarət gəmisinin hərəkətini dayandırdı və ümumilikdə qlobal dəniz nəqliyyatı şəbəkəsinə mənfi təsir edib.

Qəzadan sonra dəniz nəqliyyatının pozulması onlarla tankerin və nəhəng konteyner gəmisinin azad sularda hərəkətini dayandırıb.

Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalının 163 kilometr uzunluğu var.

Dünyada dəniz ticarətinin 10-12 faizi bu kanal vasitəsilə həyata keçirilir. Bu kanaldan gündəlik Afrikadan Asiyaya və əksinə hərəkət edən onlarla gəmi istifadə edir.

 

Giperssilka.ru