Rusiya ABŞ-ı Əfqanıstanda İŞİD ilə əməkdaşlıq etməkdə ittiham etdi

Rusiya ABŞ-ı Əfqanıstanda İŞİD ilə əməkdaşlıq etməkdə ittiham etdi

Giperssilka Eastnews.org-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ABŞ və İŞİD ilə bağlı açıqlama verib.

O, verdiyi açıqlamada vurğulayıb ki, Əfqanıstanda ABŞ və İŞİD terrorçu qruplaşması arasında əlaqələrin olması ilə bağlı çoxdandır sübutlar var:

"Rusiya bu məlumatı Əfqanıstandakı yerli mənbələrindən və Əfqanıstan hökumətindən alıb. Biz təkzibolunmaz dəlillərə sahibik. İŞİD hazırda Əfqanıstanın şimalındakı bölgələrdə mülki insanların olduğu kəndləri mühasirəyə alıb".