Rusiya dənizdəki hədəfi “Çirkon”la vurdu VİDEO

Rusiyanın “Admiral Qorşkov” freqatı Ağ dənizdə “Çirkon” supersonik raketlərinin buraxılışını həyata keçirib.

Giperssilka.ru Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şimal Donanmasının "Admiral Qorşkov" freqatı supersonik silahlarının sınaqları silsiləsinin tamamlanması çərçivəsində Ağ dənizdəki dəniz hədəfini “Çirkon” raketi ilə vurub”, - məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi raketin görüntülərini təqdim edib.