Rusiya: “İdlibdə türk əsgərinin ölməsində məsuliyyəti TİP daşıyır”

Rusiya: “İdlibdə türk əsgərinin ölməsində məsuliyyəti TİP daşıyır”

Rusiyanın Suriyadakı Tərəflərin Barışdırma Mərkəzi Türkistan İslam Partiyasının (TİP) yaraqlılarının İdlibdəki M4 şossesində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) karvanına hücuma görə cavabdeh olduğunu bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Oleq Juravlyov bugünkü (28 may) mətbuat brifinqində bunları deyib: “Mərkəzimizin əldə etdiyi məlumata görə, terror aktına görə Türkistan İslam Partiyasının yaraqlıları məsuliyyət daşıyırlar. Türkiyənin hərbi karvanı bu terror qruplaşmasının silah-sursat anbarına yaxınlaşdıqda əldəqayırma partlayıcı qurğuları partlatdıblar.

Juravlyov hücumun mayın 27-si saat 10:40 radələrində İdlibin İnkzik ərazisində reallaşdırıldığını bildirərək, belə deyib: “Partlayış nəticəsində çoxlu sayda qəlpə yarası alan və Türkiyə ərazisinə təxliyə edilən, bir Türkiyə əsgəri həyatını itirdi”.

 

Deyerler.org / Giperssilka.ru