Rusiya Türkiyə ilə sərhəd məntəqələrində hərbiçilərinin sayını artırıb

Rusiya Türkiyə ilə sərhəd məntəqələrində hərbiçilərinin sayını artırıb

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, "Türkiyə Gazetesi" qəzetinin verdiyi məlumata görə, Rusiyanın Türkiyə ətrafındakı bazaları 10 il əvvələ nisbətən çoxalıb və Rusiya tədricən Türkiyə ətrafında hərbi gücünü artırıb.

Qəzetin iddiasına görə, Krım yarımadasında, Qara dənizdə və Suriyada Rusiyanın hərbi gücünün artması ilə Türkiyə praktiki olaraq Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb.

Məqalədə yazılır: “Rusiyanın Qara dəniz və Suriyada hərbi gücünün artması Türkiyənin özünəməxsus maraqları üçün ciddi təhlükə yaradır”.

Giperssilka.ru