Rusiyada 1.666 hərbçidə COVID-19 aşkarlanıb

Rusiyada 1.666 hərbçidə COVID-19 aşkarlanıb

Rusiyada hərbçilər arasında koronavirusla bağlı keçirilən testlərin 1.666-ı müsbət olub. Hərbi təhsil müəssisələrindəki kursantların isə 1.244-ü COVID-19 infeksiyasına yoluxub.

 

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, onlardan 378-i hərbi hospitallarda, 586-sı növbətçi məntəqədəki təcrid mərkəzlərində, 20-si digər xəstəxanalarda, 682 nəfər isə evdə müalicə alır.

 

Koronavirusa yoluxan hərbçilərdən ikisinin vəziyyəti ağır, 11-nin orta ağırdır. Bildirilib ki, müalicə alan 490 nəfər sağalıb.

 

Report.az\Giperssilka.ru