Rusiyada konstitusiyaya dəyişikliklərilə bağlı səsvermə başlayb

Rusiyalılar iyunun 25-dən etibarən ölkə konstitusiyasına dəyişikliklərlə bağlı düzəlişlərə səs verə bilərlər. APA-nın Moskva müxbirinin Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, iyunun 25-dən 30-a kimi Moskva və Nijeqorod vilayətinin sakinləri üçün həm də elektron məsafəli səsvermə imkanı yaradılıb.

Rusiyada konstitusiyaya dəyişikliklərilə bağlı səsvermə başlayb

Ümumxalq səsverməsi Rusiyada iyulun 1-nə təyin olunub, lakin ölkə əhalisi artıq iyunun 25-dən səsvermədə iştirak etmək imkanı əldə edib. Bunun üçün vətəndaşlardan heç bir ərizə yazmaq tələb olunmur, onların seçki məntəqələrinə gəlməsi və səs vermək arzusunda olduğunu bildirməsi kifayətdir. 

MSK sədri Ella Panfilova bütün ölkə üzrə 96,5 mindən çox seçki məntəqəsinin açılacağını söyləyib. Moskvada 3600-dən çox məntəqə fəaliyyət göstərəcək. 

Moskva və Nijeqorod vilayəti sakinləri iyunun 25-dən 30-a kimi konstitusiyaya dəyişikliklərlə bağlı öz mövqeyini elektron məsafəsi səsvermə ilə ifadə edə biləcək. Elektron səsvermədə iştirak etmək üçün vətəndaşların iyunun 5-dən 21-ə kimi dövlət xidməti və ya mos.ru portalına ərizə təqdim etməsi tələb olunur.

Qeyd edək ki, Rusiyada ölkə konstitusiyasına dəyişikliklərlə bağlı referendum iyul ayının 1-də keçiriləcək. Koronavirus pandemiyasına görə, bu ilin aprelin 22-də keçirilməsi planlaşdırılan ümumxalq səsverməsinin vaxtı dəyişdirilib.


Giperssilka.ru