Rusiyada monastır partladılıb, yaralananlar var

Rusiyada monastır partladılıb, yaralananlar var

Rusiyanın Moskva vilayətinin Serpuxov qadın monastırında törədilən partlayış nəticəsində 7-si uşaq olmaqla 8 nəfər yaralanıb.

Giperssilka.ru “Report”a istinadən xəbər verir ki, naməlum şəxs monastırın ərazisində yerləşən gimnaziyanı partladıb.

Hadisə nəticəsində yaxınlıqdan keçən 15 yaşlı şəxs də yaralanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.