Rusiyada pandemiya qurbanlarının sayı 7 660-a çatdı

Rusiyada son sutkada daha 7 790 nəfərə COVID-19 diaqnozu qoyulub.

Rusiyada pandemiya qurbanlarının sayı 7 660-a çatdı

"Giperssilka" “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 561 091 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 182 nəfər artaraq 7 660-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 313 963 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 040 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Giperssilka.ru