Rusiyada universitetə silahlı basqın olub: ölənlər var VİDEO

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

Giperssilka “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.

Silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Məlumata görə, silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. Hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.