Rusiyadan Zəngəzur dəhlizilə bağlı YENİ açıqlama

Rusiyadan Zəngəzur dəhlizilə bağlı YENİ açıqlama

Zəngəzur dəhlizi ilə bağlı mübahisələr də daxil olmaqla Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair bütün məsələləri Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir köməkçilərinin üçtərəfli işçi qrupunun həmsədrliyi çərçivəsində müzakirə və həll etmək lazımdır.

Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bunu ənənəvi brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

“Hesab edirik ki, Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlərin işlənməsinin optimal forması bu il yanvarın 11-də Moskva sammitinin (Azərbaycan, Ermənistan və RF liderlərinin iştirakı ilə) nəticələri əsasında yaradılan üçtərəfli işçi qrupdur. Artıq bu mexanizmin səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər”,

– Zaxarova deyib.

“Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli razılaşmaların reallaşdırılmasına kömək edən bəyanat və addımları düzgün sayırıq”,

– Rusiya XİN sözçüsü əlavə edib.

Zəngəzur dəhlizi

Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

9-cu maddədə deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

 

Shafaqna / Giperssilka