Rusiyalı yeni həmsədr Ermənistana səfər edib

Rusiyalı yeni həmsədr Ermənistana səfər edib

ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayev Ermənistanda səfərdədir.

Giperssilka APA-ya istinadən xəbər verir ki, bu gün o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ermənistan XİN görüşün digər detallarını açıqlamayıb.

Qeyd edək ki, İ. Xovayev avqustun 31-də Bakıya səfər edərək, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.