“S-500” zenit-raket kompleksi Rusiya ordusuna təhvil verilib

“S-500” zenit-raket kompleksi Rusiya ordusuna təhvil verilib

Giperssilka Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Yuri Borisov mətbuata verdiyi açıqlamada "S-500" hava hücumundan müdafiə sistemlərinin Rusiya ordusuna təhvil verilməsinə başladıqlarını açıqlayıb:

“Sınaqlar yenicə başa çatdı və artıq ilk kompleksin orduya çatdırılmasına başlanıldı".

Qeyd edək ki, "S-500" raketdən müdafiə sistemi dünyada analoqu olmayan və hava zərbələrinin bütün silahlarını hədəf almaq üçün hazırlanıb.

Bu sistem maksimum 200 km yüksəklikdə və 500 km məsafədə olan bütün mövcud və gələcək aerokosmik silahları məhv etmək qabiliyyətinə malikdir.

Giperssilka.ru