Saxlanılan MBH üzvündən xəbər var

Saxlanılan MBH üzvündən xəbər var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Ağcabədi rayon sakini, ictimai fəal Hacıyev Vüqar Rizvan oğlu bu gün (24 may) məhkəmə önünə çıxarılıb.

Məhkəmənin qərarı ilə haqqında həbs qəti imkan tədbiri seçilib.

Vəkilinin redaksiyamıza veriyi məlumata görə Hacıyev barəsində cinayət məcəlləsinin 234. 4.3-cü (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanma, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü olan gənc inanclıdır. O ictimai işlər, o cümlədən ikinci Qarabağ savaşı zamanı fəallığı ilə seçilib. Ailəsi və dostları bu işin qurama olduğu, Vüqarın dini inancından doğan düşüncə və dünyagörüşünə görə həbs olunduğu fikirindədirlər.

 

Rakurs / Giperssilka