Sedat Peker Dubayda saxlanılıb: “Mafiya babası”ndan hələki xəbər yoxdur

Sedat Peker Dubayda saxlanılıb: “Mafiya babası”ndan hələki xəbər yoxdur

Türkiyədə yayımladığı videolarla son zamanlar gündəmi zəbt edən “Mafiya babası” kimi tanınan Sedat Pekerin Dubayda saxlanıldığı bildirilir.

Giperssilka.ru tr24.com.tr-yə istinadən xəbər verir ki, Tvitterdə “Amygdala Society” adlı profildən Sedat Pekeri bu gün yerli vaxtla 06:50-də kəşfiyyatçıların əməliyyatı ilə saxlanıldığı yazılıb.

Jurnalist Barış Pehlivan isə Sedat Pekerin Dubayda rəsmi şəxslərin dəvəti ilə görüşmədə olduğunu və yanında mobil telefon olmadığını bildirib.

“Əldə etdiyim ilk məlumat budur ki, türk təhlükəsizlik xidməti onu yaxalamaq üzrədir. Ona yaxınlığı ilə bilinəm Emre Olurla əlaqə saxladım və bildirdi ki, Dubayda rəsmi şəxslər onunla görüşmə keçirir. Hələ də görüşmə davam edir. Ancaq mənə görə bu bir saxlanılmadır”.

Qeyd edək ki, Sedat Peker 10-cu vidosunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında paylaşacaqdı.

Giperssilka.ru