Sedat Peker Türkiyə hakimiyyətini tənqid etdi: “Heç olmasa biz onların pulunu oğurlamayaq”

Sedat Peker Türkiyə hakimiyyətini tənqid etdi: “Heç olmasa biz onların pulunu oğurlamayaq”
Sedat Peker Türkiyə hakimiyyətini tənqid etdi: “Heç olmasa biz onların pulunu oğurlamayaq”

Yayımladığı videolarla Türkiyə, eləcə də Türkiyənin xarici siyasəti ilə əlaqəli digər ölkələrdə, xüsusən Azərbaycanda gündəmi zəbt edən mafiya lideri Sedat Peker daha bir paylaşımı ilə diqqət çəkib.

Giperssilka xəbər verir ki, bir neçə gün öncə Dubayda saxlanıldığı iddia edilən Peker növbəti paylaşımında Türkiyə hakimiyyətini tənqid edib.

O, son zamanlara Türkiyənin Azərbaycanla hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığını nəzərdə tutaraq qeyd edib ki, bu addımlar Azərbaycan xalqının vəziyyətini daha da pisləşdirəcək:

“40 yaşdan kiçik qardaşlarım mənə hər zaman deyirlər ki, “sən Azərbaycanla əlaqədar danışıb Ermənistana xidmət edirsən”. Bu çox axmaq şərhdir. Mən deyirəm ki, Azərbaycana daha çox kömək etməliyik.

Azərbaycan onsuz da xalqın pulunu yeyir. Bir də bizim kaniballar da ora gedəndə, Azərbaycan xalqı daha da pis vəziyyətdə qalacaq. Heç olmasa biz də onların pullarını oğurlamayaq. Onlar bizim həqiqi qardaşımızdır deyirəm”.

Giperssilka.ru