Sədərək bazarındakı məsciddə gərginlik: Y.Qədimbəylinin addımlarına etiraz edən zərərçəkmiş həbs olundu VİDEO YENİLƏNİB

Sədərək bazarındakı məsciddə gərginlik: Y.Qədimbəylinin addımlarına etiraz edən zərərçəkmiş həbs olundu VİDEO YENİLƏNİB
Hacı Aydın İrəvani - Bakı 12.11.2021

Xəbər verdiyimiz kimi, Azərbaycan paytaxtı Bakının Sədərək bazarında yerləşən Rəsulullah (s) məscidi ətrafında etirazlar davam edir. Məscid əhli Sədərək bazarın sahibi Yusif Qədimbəyli tərəfindən əvvəlki imamların dəyişdirilməsi ilə razılaşmır.

Giperssilka.ru bildirir ki, noyabrın 12-də yaşanan növbəti etiraz insidenti zamanı zərərçəkmiş Hacı Aydın İrəvani 15 sutkalıq həbs olunub. Hacı Aydının hansı səbəbdən həbs olunduğu hələki məlum deyil. Qaradağ Rayon Məhkəməsinin qərarı zərərçəkmişin vəkilinə də məlum deyil.    

Əldə etdyimiz məlumata əsasən, Y.Qədimbəyli imam təyinatlarını öz qərarları əsasında icra edərək, əvvəlki imamlar Hacı Əkrəm və Hacı Eldəniz fəaliyyətlərindən kənarlaşdırıb. Bu da məlum olub ki, bazar sahibi belə bir addımı həm QMİ, həm də DQİDK-dan xəbərsiz atıb. Sözügedən qurumlar tərəfindən son imam təyinatlarının təsdiqlənmədiyi məlum olub.

Mənbəmizin açıqlamasına görə, son təyinatlarından sonra Y.Qədimbəyli məsciddə camaat namazlarının qılınma qaydasına da dəyişiklik edib. "Yusif bildirib ki, bundan sonra məsciddə camaat namazını bir gün şiələr, o biri gün isə sünnilər (vəhhabilər) qılacaq. Halbuki bu günədək həmişə şiələr namazlarını qılırdı, sonra əhli-sünnə öz namazlarını camaatla qılırdı və heç bir narazılıq da olmurdu. Bu Əjdərbəy məscidində, Heydər məscidində və digər yerlərdə də belədir", - mənbəmiz bildirir. Qeyd olunur ki, hazırda məscid icması ilə bazar sahibi arasında danışıqlar davam edir.

 Giperssilka.ru

 

-----------------

 

2021-11-12 13:46:25

Sədərək bazarındakı məsciddə gərginlik VİDEO  

Bakıdakı Sədərək bazarının məscidi ətrafında gərginlik davam edir. ‎Giperssilka.ru xəbər verir, noyabrın 12-də saat 11:00-12:00 radələrində Hacı Aydın adlı namazqılan məsciddə döyülüb. Bu barədə redaksiyamıza daxil olan video görüntülərdə zərərçəkmiş Hacı Aydın özü məlumat verir. Hacı Rasim və yerli möminlər məscidin qeyri-qanuni şəkildə şiələrdən alınıb vəhhabilərə verilməsinə etiraz edir.

Hadisənin təfərrüatları bir qədər sonra saytımızda dərc olunacaq. 

Xatırladaq ki, Sədərək bazarının sahibi Yusif Qədimbəyli şəxsi göstərişi əsasında bir neçə gün əvvəl bazardakı "Rəsulullah (s)" məscidinin şiə imamlarını məsciddən kənarlaşdırılıb, onların yerinə məsciddə imamlığı Elton (Əhli-sünnə) və Fərid (Əhli-beyt (ə)) adlı şəxslərə həvalə edib. 

 

 

 

 

 

Giperssilka.ru