Səfir Kazım Cəlali: "Yasir Ərəfatın ölümündən sonrakı sazişlər necə oldu?!" VİDEO 

Səfir Cəlali Rusiyada bərqərar olan İslam vəhdətinin önəminə vurğu edərək onun təsisində rolu olanlara təşəkkürünü ifadə edib. Səfir Kazım Cəlalinin "Ümumdünya Qüds Günü"nə həsr edilmiş çıxışı

Giperssilka.ru xəbər verir ki, İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlali "Ümumdünya Qüds Günü" ilə əlaqədar çıxış edib. Rusiydakı koronavirus özünütəcridləri ilə bağlı təxirə salınan Qüds günü tədbirləri fonunda səfir ictimaiyyətə video müraciət ünvanlayıb. Sözügedən videomüraciəti azərbaycan dilində təqdim edirik.

 

"Bismillahir-Rəhmanir-Rəhim!
Oruc tutan və bu mərhəmət və bağışlanma ayı, nur ayı və Quran nazil olan ayın möhtəşəm ilahi ziyafərində iştirak edən hamınızı salamlayıram.


Bildiyiniz kimi, Həzrət İmam Xomeyninin (r.ə.) təşəbbüsünə əsasən, Müqəddəs Ramazan ayının son cümə günü Qüds Günü adlanır və artıq 40 ildən çoxdur ki, dünya müsəlmanları bu gün Fələstin xalqının hüquqlarını dəstəkləmək üçün iclaslar keçirir, cümə namazı üçün bir yerə toplaşırlar. Əlbətdə ki, bu il koronavirus səbəbindən cümə namazı qıla bilməyəcəyik, lakin istənilən halda virtual məkandan istifadə edəcəyik və bunu yaratdığına görə görkəmli və böyük Ravil Gainutdin kimi din alimlərinə bir-birimizlə danışa biləcəyimiz üçün təşəkkür etməliyik.


Bildiyiniz kimi, İslam aləminin bədəninə bir yara olan İslam dünyasının çox vacib məsələlərindən biri də Fələstin məsələsidir. Yedmiş ildən çoxdur ki, işğal olunmuş ərazilərdə qəsb, cinayət, terror, həbslər, qadın və uşaq qətliamı davam edir. Ötən illər ərzində Fələstin məsələsi ilə bağlı müxtəlif təşəbbüslər həyata keçirildi, lakin bu təşəbbüslərin heç biri təsirli olmadı və Fələstin xalqı bunu başa düşdü və bu gün də müqavimət göstərmək və təzyiq göstərməkdən başqa yollarının olmadığını yaxşı bilirlər. Gördüyümüz kimi, son illərdə ikiüzlülük nümayiş etdirən amerikalılar hər iki tərəfi dəstəkləmədiklərini bəyan edərək özlərini vasitəçi kimi təqdim etməyə səy göstərdilər. Halbuki keçmişdə Fələstin xalqına qarşı terrorda sionist rejimi dəstəkləyirdilr.

Ancaq bu gün "Əsrin sövdələşməsi" nin təqdimatı ilə bu olduqca aydın oldu. Əsrin Sövdələşməsi layihəsinin araşdırması artıq Fələstin və ya Fələstin torpaqlarının olmayacağını göstərir. Bir tərəfdən yeraltı keçid, digər tərəfdən bir körpü ilə bağlanan torpaqların. O torpaqların ki onun haqqında deyirlər ki: sizə pul verəcəyik, torpağınızı alacağıq və sizi onlardan qovacağıq - bu rəsmi şəkildə "Əsrin sövdələşməsi" ndə müzakirə olunur, - Başqa ölkələrin torpaqlarını ələ keçirəcəyik - Suriyadakı Golan yüksəkliklərini, digər hissələridə İordaniyada. Özünü dünyanın qarantı kimi təqdim edən bu hərəkət nədir?

Bu göstərdi ki, prinsipcə sionist rejim özünə xidmət edən bir rejimdir, məqsədləri Mesopotamiyanı - Nildən Fərat çayına qədər əhatə edir. Əgər bu gün heç nə demədilərsə, deməli, indi bu torpaqda problemlərlə üzləşirlər, əgər bu problemləri həll etsələr, zamanla tədricən əllərini başqa yerlərə uzadacaqlar. Ancaq baxsaq, 1993-cü il Oslo Müqaviləsi layihəsində 1997-ci ildə Fələstin torpaqlarında iki müstəqil dövlətin - Fələstin və İsrailin yaradılmalı olduğu bildirilmişdir. Yasir Ərəfatın ölümündən sonra əldə olunan razılaşmalar haradadır? Bunlar yerinə yetirilmədi. Bu onu göstərir ki, onlar öz maraqlarından başqa, heç bir şey axtarmırlar. Şükürlər olsun ki, İslam dünyasında hamı Əsrin sövdələşməsinə qarşıdır. İslam dövlətlərində və hətta İslam təşkilatlarında bəzi cəhətlərdə nöqsanları qeyd etmək lazımdır ki, bunun həllini tapsınlar.

 

Əlbəttə ki, qəsb yolu, qorxutma yolu, zor tətbiq etmək yolu və xalqa təzyiq göstərmək yolu yaradıcı bir yol deyil. İran İslam Respublikası nöqteyi-nəzərindən yaradıcı yol Ali Məqamlı rəhbərimiz Ayətullah Xamenei tərəfindən irəli sürülən təşəbbüsdür və bu, çox demokratik bir yoldur. O dedi ki, istər müsəlamlar, istər xristianlar və ya istər yəhüdilər dini mənsubiyyətindən asılı olmayaraq, bu torbaqda dünyaya gələn bütün insanlar və hətta ilahi dini qəbul etməyənlərin hamısı bu dünyada yaşamaq hüququna malikdirlər, hamısı bir referendumda toplaşıb öz dinlərini təyin etməlidirlər. Konstitusiya və hakimiyyət sisteminin növünü seçməlidirlər. Düşünürük ki, bu gün demokratiya və demokratiyanı müdafiə etdiyini iddia edənlər üçün ən yaxşısı, Ali Rəhbər, Həzrəti Ayətullah Xamenei tərəfindən irəli sürülən təşəbbüsə qoşulmaq olar və bu Fələstin məsələsinin həllində ən yaxşı yol ola bilər.


Bir daha arzu edirəm ki, bütün xidmətlərimiz və dualarımız Uca Allah tərəfindən qəbul olunsun. Hamınızı mübarək Fitr bayramı münasibətilə əvvəlcədən təbrik edirəm və bütün müsəlmanların İslam dini olan ilahi ipə qovuşmalarını diləyirəm. Allahın ipindən yapışın və bölünməyin. Ümid edirəm ki, İslam ümmətinin birliyini qorumaqla, Allah qoysa, hər gün daha da çiçəklənəcəyik və daha da yaxşılaşacağıq.
 
Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuh!"

Xatırladaq ki, artıq illərdir ki, dünya müsəlmanları müqəddəs Ramazan ayının son cümə gününü "Ümumdünya Qüds Günü" olaraq qeyd edir.      

Giperssilka.ru