Şəhid Qasim Süleymani niyə Azəraycanda sevilir? TƏHLİL

Şəhid Qasim Süleymani niyə Azəraycanda sevilir? TƏHLİL
Şəhid Qasim Süleymani niyə Azəraycanda sevilir? TƏHLİL

Bakıda şəhid Polad Həşimovun ailəsinin şəhid Süleymani medalı ilə təltif edilməsi bir daha iranlı sərkərdəni gündəmə gətirib.

Terrora qarşı mübarizə simvolu sayılan iranlı sərkərdə general Qasim Süleymanin rəşadətləri İkinci Qarabağ Müharibəsində Azərbacan gəncləri üçün ilham mənbəyi olmuşdur. Ona görə də əldə olunmuş qələbədə bu amili unutmaq mümkün deyil.

Son günlər İran İslam Respublikası Səfiriyinin təşəbbüsü ilə şəhid Süleymani medalının Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalmış general Polad Həşimovun ailəsinə verilməsi isə bir daha göstərdi ki, İran və Azərbaycan sərkərdələri ortaq missiyaya malikdirlər; terrora qarşı mübarizə. Şəhid Polad Həşimovu yad etməklə İran bundan sonra da Azərbaycanın yanında olacağını, ona mənəvi dəstəyini davam etdirəcəyini nümayiş etdirmiş oldu.

Bu möhtəşəm addım həm də şəhid Süleymanin xidmətləri barədə mübahisələrə yol açdı.

Qeyd edək ki, şəhid Süleymaniyə Azərbaycanda böyük sevgi var və bunu onun terroru zamanı xalqda yaşanan təəssüratda və Amerika terrorizminin pislənilməsində müşahidə etmək olardı.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nazilə Atakişiyeva Süleymani haqda belə yazır:

"İnsanların böyük sevgisini qazanan, hələ sağ ikən qəlblərdə öz heykəlini ucaltmış Qasim Süleymani əfsanəvi sərkərdə kimi ad qazanmışdı.

Amansız terror aktı nəticəsində Şəhadətə yetişən Süleymaninin ölümü təkcə vətəni İranda deyil, bütün dünyada milyonlarla insanı göz yaşına boğdu.

Azərbaycanda da bu dəyərli insanın şəhid olması böyük kədər və alçaq qatillərə qarşı sonsuz nifrət hissi ilə müşayət olundu. İnsanların böyük sevgisini qazanan, hələ sağ ikən qəlblərdə öz heykəlini ucaltmış Qasim Süleymani əfsanəvi sərkərdə kimi ad qazanmışdı.

Bu gün yəqin çoxları bilmir ki, təxminən 5 il əvvəl general Süleymanı İranın və Azərbaycan Respublikasının müvafiq rəsmilərinə Dağlıq Qarabağın İmam Hüseyn (ə) aşıqi olan gənclərin səyi və səfərbərliyi ilə azad edilə biləcəyini təklif etmiş, lakin bu plan haqqında çox az adamın məlumatı olmuşdu.

Qasim Süleymani Azərbaycan Respublikasının xalqı, onun istəkləri, arzuları, qabiliyyəti, potensialı haqda dəqiq biliyə sahib idi və ona görə də qətiyyət və inamla təklif etdi ki, xalqın dini inancına və "ləbbeyk ya Hüseyn (ə)" sədalarına söykənməklə, işğal olunmuş torpaqları asanlıqla geri almaq olar.

Bu sərkərdə Qafqazdakı vəziyyət və Daqlığ Qarabağın qanlı və faciəvi hadisəsi ilə bağlı iclaslarda çıxış edərkən o qədər kədər və ürək ağrısı ilə danışırdı ki, onun ən vacib hədəflərindən birinin Azərbaycan xalqının Qarabağın və ətraf 7 rayonun azad edilməsi istəklərinin reallaşmasına kömək etmək səyi və bu bölgələrin şəhər və kəndlərində Əmirəlmönin Əlinin (ə) vilayətinin qeyd olunduğu azan səslərinin səsləndirilməsi olduğu şübhə doğurmurdu.

Süleymani həmişə işində İslam İnqilabı liderinin Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bəri vurğuladığı "Dağlıq Qarabağ İslam torpağıdır" sözlərini rəhbər tuturdu. İslam İnqilabının Ali Rəhbərinin dilindən bu cümlənin söylənilməsi Qasim Süleymani kimi bir döyüşçünün Qarabağı azad etmək üçün çalışmağın vacibliyini əsla unutmaması və bu müdrik kəlamı reallaşdırmağın yollarını daim düşünməsi üçün kifayət idi.

O, bizim üçün kim idi? Azadlıqsevərlərin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi...

Mərhum şəhid Qasım Süleymani geniş kütlələrin rəğbətini paxlava-şəkərbura və dollar paylamaqla deyil, öz qəhrəman və mərd həyatı hesabına qazanmışdı. Dünyaya ağalıq etmək istəyən zalımlara baş əyməyən mərd döyüşçüyə xalq yalnız isti münasibət bəsləyib onun xatirəsini əziz tutur".

Səhər TV / Giperssilka