Sentyabrın 1-dən yalnız COVID-19 pasportu olanlar restoran, mehmanxana, ticarət mərkəzlərinə buraxılacaqlar

Sentyabrın 1-dən yalnız COVID-19 pasportu olanlar restoran, mehmanxana, ticarət mərkəzlərinə buraxılacaqlar

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Giperssilka xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.