Səud rejimi Yəmənə qadağan edilmiş kasset bombaları atıb

Səud qırıcıları kasset bombaları ilə Yəməndə mülki əhalini hədəfə alıb.

Səud rejimi Yəmənə qadağan edilmiş kasset bombaları atıb
qadağan edilmiş kasset bombası

Giperssilka.ru "əl-Məsirə"yə istinadən xəbər verir ki, Səudiyyənin rəhbərlik etdiyi koalisiya qırıcıları Səna vilayətində sadə vətəndaşları qadağan edilmiş kasset bombaları ilə hədəfə alıb. 

Koalisiya qırıcıları Yəmən paytaxtındakı Səna Beynəlxalq Aeroportunu bombalayıb. Hücum zamanı kasset bombaları ilə hədəfə alınan xeyli sayda sadə vətəndaş yaralanıb. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ilin mayından Yəmənə qarşı işğalçı müdaxiləsi davam edir. Həmin dövrdən işğalçı müdaxilə nəticəsində minlərlə yəmənli həyatını itirib, milyonlarla yəmənli ağır həyat şərtlərilə üz-üzə qoyulub.   

Giperssilka.ru