Səud rejimi Yəmənin qida maddələri və yanacaq daşıyan 20 gəmisini saxladı

Yəmən xalqının aclıq və qıtlıq çəkdiyi bir zamanda Səud koalisiyasının bu addımı quldur dəstələrini xatırladır.

Səud rejimi Yəmənin qida maddələri və yanacaq daşıyan 20 gəmisini saxladı

Yəmənin Al Hudeyda limanının məsul şəxsləri bu haqda açıqlama verib.

Onların sözlərinə görə, Səud koalisiyasının dəniz qüvvələri, çəkisi 500 min tondan çox olan qida maddələri və yanacaq daşıyan 20-dən çox gəmini qanunsuz olaraq saxlayıblar.

Yəmən neft şirkətinin sözçüsü  Əmin Alşabati bundan bir müddət əvvəl açıqlama verərək demişdi ki, koronavirus pandemiyasına rəğmən,  Səud koalisiyası qida maddələri və neft məmulatları daşıyan gəmiləri oğurlamaqda davam edir.

"BMT və Səud koalisiyası koronavirus pandemiyası dövründə Yəmən xalqına əsas və zəruri xidmətlərin hər cür kəsilməsində məsuliyyət daşıyırlar.", -deyə Alşabati qeyd etmişdi.

Giperssilka.ru