Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

Səudiyyə Ərəbistanında son sutkada 1,869 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 90 minə çatıb.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat verib.
Bildirilib ki, son sutkada əlavə yoluxmalar qeydə alınmaqla Covid-19 xəstələrinin sayı 90 minə çatıb.
Ölkədə son sutkada 24 nəfərin bu virusdan öldüyü və Covid-19 qurbanlarının sayının 550-ə çatdığı bildirilib.
Krallıq ərazisində yoluxmuşlardan 65 mini sağalıb.
Salamnews / Giperssilka