Səudiyyə koalisiyasının mühüm komandiri məhv edildi

Səudiyyə koalisiyasının mühüm komandiri məhv edildi

Təcavüzkar və işğalçı Səudiyyə koalisiyasının mühüm komandirinin Məaribin cənubunda Yəmən qüvvələri tərəfindən öldürülüb.

Giperssilka.ru "Rashaber"ə istinadən xəbər verir ki, təcavüzkar səud koalisiyasının komandiri Nasir Əl-Zibani koalisiyanın bir sıra digər komandirləri ilə birlikdə Yəmən ordusu və xalq komitələri qüvvələrinin Məaribin Əl-Bəlq cəbhəsindəki əməliyyatları nəticəsində məhv edilib.

Məlumata əsasən, Əl-Zibani səud koalisiyasının Məaribdəki ən mühüm hərbi komandirlərindən biri hesab edilirdi.

Təcavüzkar səud koalisiyası hələ ki bu xəbərə heç bir reaksiya göstərməyib.

Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn Əl-İzzi dünən bir tvitdə yazıb:

"Məarib məsələsi hələ bitməyib və səudiyyəli muzdluların dedikləri boş və lazımsız hay-küydür".