Səudiyyə qırıcıları Yəmənin yaşayış məntəqələrinə raket hücumu həyata keçirib

Səudiyyə qırıcıları Yəmənin yaşayış məntəqələrinə raket hücumu həyata keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi təcavüzkar koalisiya qüvvələri Yəmənə qarşı təcavüzkar hücumlarını davam etdirir. Koalisiya qüvvələri bu dəfə ölkənin vilayətlərindəki yaşayış məskənlərini hədəfə alıblar.

Giperssilka Mehr-ə istinadən xəbər verir ki, Səudiyyə qırıcıları tərəfindən atılan 12 raket Sərvah və Mədğəl şəhərlərinin yaşayış bölgələrinə düşüb.

Habelə, Səudiyyənin təcavüzkar döyüşçüləri Həccə, Əl-Covf və Sədə əyalətlərinin Harz, Xab, Əl-Şəf və Kətafda yaşayış məntəqələrinə də 13 raket atıb.

Saada əyalətinin sərhəd şəhərində Səudiyyə topçularının bombardmanı nəticəsində bir Yəmən vətəndaşının ağır yaralandığı bildirilir.

Giperssilka.ru