Səudiyyə rejimi 1900 gün ərzində Yəməndə 42751 dinc insan həlak edib

Yəmənə qarşı ABŞ-Səudiyyə rejiminin təcavüzkar koalisiyasının 1900 gün davam edən təcavüzü və blokadası zamanı Yəmənin mülki itkilərinin yeni statistikası açıqlanıb.

Səudiyyə rejimi 1900 gün ərzində Yəməndə 42751 dinc insan həlak edib
Yəmən Ərəb Respublikası

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Əynul İnsəniyə İnsan Hüquqları və İnkişaf Mərkəzi Yəmənin 1900 gün ərzində Yəmənə qarşı amansız ABŞ-Səudiyyə rejimi-BƏƏ təcavüzünün qurbanlarının statistikasını açıqlayıb.

 

Mərkəzin dərc etdiyi hesabatında, Yəmənə təcavüzkar hücumların başladığı gündən indiyə qədər 42751 yəmənlinin həlak olduğunu və yaralandığını açıqlayıb.

 

Yəmənə qarşı işğalçı hücumlarını davam etdirən ABŞ-Səudiyyə rejimi-BƏƏ koalisiyasının 1900 gün ərzində 3742 uşaq və 2644 qadın olmaqla 16672 nəfər mülki şəxsin öldürüldüyünü, 3992 uşaq və 2742 qadın olmaqla 26079 nəfər mülki şəxsin yaralandığını bildirib.

 

Hesabata görə, Yəmənə qarşı yarım milyondan artıq həyata keçirilən hücumlarda 575102 ictimai obyektin məhv edildiyi və bunlardan 562687-nin yaşayış binası olduğu bildirilib. Bundan başqa, 1085 məktəb, 387 xəstəxana ilə səhiyyə mərkəzi, 175 universitet və ali təhsil binası, 6632 kənd təsərrüfatı sahəsi, 1355 məscid, 47 informasiya obyekti, 242 arxeoloji abidə, 361 turizm obyekti təcavüzkar hücumlarda məhv edilib.

 

Təcavüzkar hücumlarda, həmçinin 15 aeroport, 16 liman, 3969 yol və körpü, 300 elektrik stansiyası və generator, 2067 anbar və su şəbəkəsi, 525 rabitə stansiyası da daxil olmaqla ümumilikdə 8843 infrastruktur obyektinin hədəfə alındığı sənədləşdirilib.

 

Hesabatda eləcə də, 390 müxtəlif fabrik, 10998 ticarət müəssisəsi, 671 bazar, 400 toyuq və heyvandarlıq təsərrüfatı, 869 ərzaq mağazası, 388 yanacaqdoldurma məntəqəsi, 6638 nəqliyyat vasitəsi, 286 yanacaq anbarı, 768 qida yük maşınını, 460 balıqçı gəmisi olmaqla 21868 sənayə və iqtisadi müəssisənin məhv edildiyi bildirilib.

 

Deyerler.org/Giperssilka.ru