Seyid Həsən Nəsrullah BƏƏ nazirinin Suriya səfərini şərh elədi

Seyid Həsən Nəsrullah BƏƏ nazirinin Suriya səfərini şərh elədi

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının Baş katibi Seyyid Həsən Nəsrullah ölkəsində təşkil olunan "Şəhidlər günü" münasibətilə çıxış edib.  

O, çıxışı zamanı bu günlərdə İsrail rejiminin narahatlıq və qorxu içində olduğunu xatırladıb.  

"İsrail rejimi müqavimət cəbhəsi döyüşçülərinin əl-Cəlilə daxil olmasından çox qorxur. Çünki onlar bilirlər ki, bu baş verərsə özləri üçün ciddi problemlər olacaq. Bu səbəblə də hərbi təlimlər həyata keçirirlər",

- deyə Seyyid Həsən Nəsrullah diqqətə çatdırıb.  

Müqavimət cəbhəsinin hazırda gücünün ən yüksək səviyyədə olduğunu bildirən Seyyid Həsən Nəsrullah bəzi siyasətçilərin yalandan "Hizbullah"ın zəiflədiyini söylədiklərini sözlərinə əlavə edib.  

Baş katib Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər nazirinin də Suriyaya səfərini şərh edib.  

O qeyd edib ki, Suriyanın müharibədə əldə etdiyi qalibiyyəti artıq ərəb ölkələri də tanıyır.  

"Bu həm də bəzi ərəb liderlərin Suriya siyasətlərinin doğru olmadığını göstərdi. Onların Suriya siyasəti sadəcə məğlubiyyətə uğradı",

- deyə Seyyid Həsən Nəsrullah vurğulayıb.  

Səudiyyə Ərəbistanının Livana qarşı siyasətini tənqid edən Seyyid Həsən Nəsrullah Livan Xarici İşlər naziri Corc Qordahinin də istefa verməsinə qarşı olduqlarını diqqətə çatdırıb. 

 

Giperssilka.ru