Şeyx Naim Qasım: “Qüds qılıncı bütün Fələstində müqaviməti birləşdirdi”

Şeyx Naim Qasım: “Qüds qılıncı bütün Fələstində müqaviməti birləşdirdi”

Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Naim Qasım müqavimətin əhəmiyyətindən danışarkən deyib ki, məhz intifadadan etibarən Fələstin xalqı imkanlarını artırıb və qələbələr qazanıb.

Deyerler.org xəbər verir ki, Şeyx Naim Qasım Livan xalqının müqavimətinin nəticəsinin Fələstin xalqının qiyamı olduğunu vurğulayıb.

Əl-Mənar şəbəkəsi Şeyx Naim Qasımdan sitat gətirərək, bunları qeyd edib: “Fələstin xalqı qardaşlarının İsrail düşmənini az vasitə ilə məğlub etməyi bacardığını gördü. İntifadadan etibarən Fələstin xalqı imkanlarını artırdı və qələbələr qazandı. Müqavimət sayəsində ərəb millətləri ayağa qalxdı. Bu gün zəif Livan güclü oldu ... Bütün bunlar müqavimət sayəsindədir”.

Şeyx Naim Qasım müqavimətin sionist düşməni çəkindirmə qabiliyyətini ortaya qoyduğunu bildirib: “Müqavimətin bəzi nəticələrini Fələstində baş verən Qüds qılıncı döyüşündə gördük. Bu döyüş gələcəkdə təsiri olacaq əsl dönüş nöqtəsidir. Bu döyüş bütün Fələstində müqaviməti birləşdirdi”.

Hizbullah baş katibinin müavini Fələstində hər kəsin müqaviməti həll yolu kimi vurğuladıqlarını qeyd edərək, Fələstin müqavimətinin düşmənə qarşı cəsarət formalaşdırdığını qeyd edib.

Hizbullah rəsmisi sonda, sionist rejimin sözdə “bayraq yürüşü”nü təxirə salma qərarını verməsinin asan olmadığını söyləyib.

 

Deyerler / Giperssilka