Seyyid Abbas Musəvi: “Sionist rejim fələstinlilərin həyatının şamını söndürür”

Seyyid Abbas Musəvi: “Sionist rejim fələstinlilərin həyatının şamını söndürür”

Giperssilka.ru “ABNA”ya istinadən xəbər verir ki, İranın Azərbaycan Respublikasındakı səfiri Seyyid Abbas Musəvi öz tvitində qondarma sionist rejimin səfirinin İranla bağlı cəfəngiyyatına cavab verib.

O bildirib ki, İran fələstinlilərin həyatının şamını yandırır, amma sionist rejim fələstinlilərin həyatının şamını söndürür:

“Maraqlıdır ki, qondarma rejimin bütün beynində İran var. Buna görə də, hər fürsətdə İrandan danışır”.

Qeyd edək ki, İsrail rejiminin Bakıdakı səfiri Corc Dik Hanukka bayramında iranlıların xatirəsinə şam yandırdığını demişdi.

Giperssilka.ru