Seyyid Əmmar əl-Həkim: “İraqda İŞİD-lə mübarizə hələ başa çatmayıb”

İraq Ali İslami Şurasının sədri Seyyid Əmmar əl-Həkim bildirib ki, İraqda İŞİD terroru ilə mübarizə hələ başa çatmayıb.

Seyyid Əmmar əl-Həkim: “İraqda İŞİD-lə mübarizə hələ başa çatmayıb”
İraq Ali İslami Şurasının sədri Seyyid Əmmar əl-Həkim

Giperssilka.ru xəbər verir ki, əl-Həkim İŞİD-in ölkədə yenidən canlandırılmasına toxunaraq qeyd edib: “Xüsusilə İraqın qərb vilayətlərində terror təşkiatı İŞİD-in yenidən canlanması ölkədə təhlükəsizliyi yenidən zərbə altında qoyur. Təcili şəkildə təhlükəsizlik tədbirlərinə yenidən baxılmalı və kəsfiyyat xidmətləri gücləndirilməlidir.”

Xatırladaq ki, mayın 4-dən İŞİD terror qruplaşması İraqın Ənbar və Diyalə vilayətlərində canlanmağa başlayıb. Bundan dərhal sonra İraq Birləşmiş Hərbi Komandanlığı geniş miqyaslı təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.

 

Giperssilka.ru